RU

Boşandığı deyilən Burak Özçivit: "Artıq bezdik!"

Aktyor Burak Özçivit həyat yoldaşı Fahriye Evcendən boşanması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Far.Az xəbər verir ki, yaxın dostlarının sərgisinə gələn cütlük "Contemporary İstanbul"da görüntülənib.

Jurnalistlərin suallarını cavablandıran Burak boşanma xəbərlərin yalan olduğunu bildirib.

" Biz yalan xəbərlərdən bezmişik. Xahiş edirəm belə gülməli mövzuları gündəmə gətirməyin. Bu gün burada sənət nümayiş etdirilir. Belə gözəl gündə gözəl şeylərdən danışaq".

Fahriye Evcen isə məsələyə "Daha nələr var?" deyərək reaksiya verib.

Xatırladaq ki, 2017-ci ildə evlənən cütlüyün iki övladı var.

Избранный
6
1
far.az

2Источники