Bakı. Trend:
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Trend PFL-ə istinadən xəbərverir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakıqərarlar qəbul edildi:
Misli Premyer Liqası V tur
20.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobilitəyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 2000 manatcərimə edilsin (maddə 99, 94, 57.2);
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 28-ci dəqiqəsində“Araz-Naxçıvan” komandasının 5 nömrəli futbolçusu Slavik Alxasovikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın,“Araz-Naxçıvan” komandası 500 manat cərimə edilsin (maddə17.7);
21.09.2025-ci il tarixində Misli Premyer Liqasında V turun“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Qarabağ”komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanınakütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə“Qarabağ” klubu 5000 manat cərimə edilsin (maddə 52.5);