RU

Sarkozi 7 il müddətinə azadlıqdan məhrum edilsin - TƏLƏB

Yazını böyüt
Yazını kiçilt

Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviyanın mərhum lideri Muammər Qəddafidən milyonlarla avro alması ittihamı ilə keçirilən məhkəmə işinin yekunu cümə axşamı məlum olacaq.

Hafta.az xəbər verir ki, Fransa prokurorları 2007-2012-ci illərdə prezident olmuş Sarkozinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb ediblər. O, təqsirli bilinəcəyi təqdirdə apellyasiya şikayəti verə bilər. “Reuters” agentliyi yazır ki, 70 yaşlı Sarkozi “dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək, passiv korrupsiya, seçki kampaniyasını qanunsuz maliyyələşdirmək və cinayət törətmək məqsədilə sui-qəsd” ittihamları ilə yanvar ayından bəri mühakimə olunur.

Müstəntiqlər onun Liviya hökuməti ilə korrupsiya sövdələşməsinə getdiyini iddia edirlər. Sarkoziyə qarşı irəli sürülən ittihamlara Liviya casuslarının, məhkum edilmiş terrorçunun, silah tacirlərinin qarışdığı və Qəddafinin sabiq dövlət başçısının seçkiqabağı kampaniyası zamanı Parisə qaçaqmalçılıq yolu ilə çamadanlarda milyonlarla avronun göndərməsi iddialarının yer aldığı mürəkkəb bir hekayə daxildir.

Sarkozi hər hansı qanun pozuntusuna yol verdiyini dəfələrlə rədd edib və işin siyasi motivli olduğunu bildirib.

Keçən il Fransanın ən yüksək məhkəməsi onun korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunduğunu təsdiq edərək, sabiq prezidentə bir il müddətinə elektron izləmə qolbağı taxmağı əmr edib. Bu, Fransanın sabiq dövlət başçısı üçün bir ilk idi. Hazırda qolbaq çıxarılıb.

Избранный
26
hafta.az

1Источники