RU

Türkiyə Litvaya kömək üçün hərbi təyyarə göndərdi

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Türkiyə özünün E-7T AWACS havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrindən birini Litvaya göndərib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg”-ə adının çəkilməsini istəməyən Türkiyə rəsmisi  məlumat verib.

Məlumatlara görə, bu, Rusiyanın hava məkanını pozmasından sonra NATO-nun Baltik regionunda müdafiəsini gücləndirdiyinə işarə idi.

E-7T AWACS (AEW&C) təyyarəsi alçaqdan uçan pilotsuz uçuş aparatlarını və yerüstü radarlar tərəfindən aşkar edilməyən digər obyektləri aşkar etməyə qadirdir.

Bu göstərir ki, NATO-nu ikinci ən böyük ordusuna malik Türkiyə Şimal Alyansının effektiv fəaliyyəti üçün öz üzərinə məsuliyyət götürmək imkanındadır.  

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
azpolitika.info

1Источники