RU

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü məsuliyyətə cəlb edilib

Bakı. Trend:

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücüməsuliyyətə cəlb edilib.

Trend xəbər verir ki, SalyanRayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarırayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişinümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına cidditəhlükə yaradan sürücünü saxlayıblar.

Belə ki, rayon sakini Ə.Hökümalıyev idarə etdiyi “VAZ” markalıavtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobudşəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok”sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraqbaxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı iləƏ.Hökümalıyevin sürücülük hüququ 1 il müddətindəməhdudlaşdırılıb.

Məqalədə:
Избранный
37
31
az.trend.az

10Источники