RU

Ukrayna PUA-ları Putini HƏDƏF ALIB? - prezidentin İQAMƏTGAHI hücuma MƏRUZ QALIB

Ukrayna ordusu Rusiyanın Krımda yerləşən hərbi bazasına növbəti dəfə PUA-larla hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyaya məxsus iki ədəd An-26 nəqliyyat təyyarəsi məhv edilib.

Bundan başqa, iki ədəd radiolokasiya stansiyası da zərərsizləşdirilib.

Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurmuşdu. Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 PUA vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rostov vilayəti, Krasnodar diyarı, Krımda, Qara və Azov dənizi üzərində 55 PUA zərərsizləşdirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Əli Mustafadır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:                                                                                                                         https://www.youtube.com/results?search_query=tv+musavat

Избранный
12
musavat.com

1Источники