RU

Osimhen barədə qalmaqallı iddia

"Qalatasaray"ın futbolçusu Viktor Osimhenin əslində zədəli olmadığı iddia edilib. Metbuat.az xəbər verir ki, türk şərhçi Ahmet Ercanlar bu barədə iddia paylaşıb. İdman şərhçisi Ahmet Ercanlar Viktor Osimhen haqqında təəccüblü açıqlamalar verib. Ercanlar, "Bu xəbəri “Qalatasaray” mediasından eşitməyəcəksiniz. İddialara görə, Osimhen zədəli deyil və başqa böhran var. Bilmirəm pul, ödəniş, yoxsa başqa bir şey. Amma mütləq böhran var" - deyə bildirib.

Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın baş məşqçisi Okan Buruk Viktor Osimhenin zədəsinin sağalmaq üzrə olduğunu açıqlamışdı.

Избранный
6
metbuat.az

1Источники