RU

KİV: FIFA dünya çempionatında iştirakçı limitini dəyişməkdən imtina etdi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2030-cu il dünya çempionatının 64 komanda ilə keçirilməsi ideyasından imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
 
Mənbənin bildirdiyinə görə, rəsmilər konfederasiyanın seçmə turnirlərini mənasız hala salmamaq, eləcə də mundialda "intriqasız matçlar" keçirməmək üçün iştirakçıların sayını artırmamaq qərarına gəliblər.
 
"Təkcə Avropada deyil, iştirakçıların əksəriyyəti 64 komandanın dünya çempionatına ziyan vuracağını hesab edirlər. İntriqasız matçların sayı həddindən artıq olacaq və bu, biznes modelinə zərər verə bilər", - deyə FIFA-dakı mənbə bildirib.
 
Избранный
26
moderator.az

1Источники