RU

İran Prezidenti İsveçrə və Finlandiya liderləri ilə görüşüb

İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində İsveçrə və Finlandiyadan olan həmkarları - Karin Keller-Satter və Aleksandr Stubb ilə bir araya gəlib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” “Teleqram” kanalı məlumat yayıb.

Görüş zamanı Pezeşkian bildirib ki, biz problemlərin həlli üçün diplomatik dialoqu alqışlayırıq, ancaq «Snapback» mexanizmi işə düşərsə, danışıqlar öz mənasını itirəcək.

İran lideri əlavə edib ki, ABŞ və Avropanın öhdəlikləri pozması, habelə danışıqlar zamanı İrana hərbi hücumların həyata keçirilməsi təcrübəsi səbəbindən Qərbə etimadsızlıq mövcuddur:

“Bu inamsızlığı aradan qaldırmağın yeganə yolu diplomatiyadır”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
10
missiya.az

1Источники