RU

Böyük Britaniyada güclü partlayış baş verdi

BAKI, 25 sentyabr. TELEQRAF

Böyük Britaniyanın Suindon şəhərinin sənaye zonasında anbarlarda güclü partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Bildirilir ki, hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edilir ki, partlayışın səbəbləri araşdırılır.

Polis yerli sakinlərə pəncərələri bağlı saxlamağı və anbarların yerləşdiyi əraziyə yaxınlaşmamağı tövsiyə edib.

Избранный
12
teleqraf.com

1Источники