RU

Dünən günəşdə iki güclü partlayış qeydə alınıb

Dünən günəşdə iki güclü partlayış qeydə alınıb

Dünən gün ərzində günəşdə iki güclü, ikinci ən yüksək güc sinfinə aid partlayış baş verib.

AFN.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan (FGBU "İPG") məlumat verilib.

“24 sentyabr Moskva vaxtı ilə saat 22:13-də (Bakı vaxtı ilə 23:13-red.) 4224 saylı ləkə qrupunda (S12W49) 25 dəqiqə davam edən M1.6 sinifli partlayış müşahidə olunub”, – deyə institut açıqlayıb. Bundan əvvəl isə M1.0 sinifli partlayış qeydə alınmışdı.

Günəş astronomiyası laboratoriyasının proqnozuna görə, son bir neçə gündür zəif yüksəlmiş aktivlik müşahidə olunur və bu, Yer üçün orta risk səviyyəsini göstərir.

Qeyd edək ki, günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Ən aşağı A0.0 sinfi Yer orbitində 10 nanovat/sm² şüa gücünə uyğundur. Hər növbəti sinifdə güc 10 dəfə artır. Partlayışlar günəş plazmasının püskürməsinə səbəb ola bilər və bu buludlar Yerə çatdıqda maqnit fırtınaları yarada bilər.

Избранный
43
afn.az

1Источники