RU

NATO-nun Baş katibi də ABŞ-a gedir

NATO-nun Baş katibi Mark Rütte 24-25 sentyabr tarixlərində ABŞ-da səfərdə olacaq.

 

Senzor.az bildirir ki, Alyansın yaydığı məlumatda belə deyilir.

 

O, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edəcək.

 

"Mark Rütte Nyu-Yorkda olduğu müddətdə dünya liderləri və yüksək vəzifəli şəxslərlə görüşəcək. Sentyabrın 24-də baş katib ABŞ dövlət katibi Mark Rubionun təşkil edəcəyi şam yeməyində iştirak edəcək, sentyabrın 25-də isə ABŞ-ın Vest-Point Hərbi Akademiyasının kursantları qarşısında çıxış edəcək", - məlumatda bildirilib.

Избранный
13
2
senzor.az

3Источники