Sahibsiz pişiklər Böyük Britaniyadakı məktəblərdən birinin ərazisini zəbt edib.
Publika.az xəbər verir ki, Nottingemşir orta məktəbinin həyəti çoxlu sayda sahibsiz pişiyin evinə çevrilib.
2000 şagirdin olduğu məktəb çətin vəziyyətdədir. Heyvanlar aktiv şəkildə çoxalır, bu yaxınlarda 45 pişik balası dünyaya gəlib.
Problemin tam həllinin altı aya qədər çəkə biləcəyi bildirilir.
Məktəb direktoru Kris Erdli ailələri və könüllüləri pişik balalarını övladlığa götürməyə çağırıb.