RU

Savaş Rusiya ərazisinə keçə bilər ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Trampın Rusiyaya münasibəti radikallaşır

Elçin Xalidbəyli: “Putin Trampı iki dəfə aldadıb, indi Ağ Ev mövqeyini sərtləşdirir”

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı və Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra Moskvanı hədəfə alaraq sərt bəyanatlar səsləndirib. Tramp çıxışında vurğulayıb ki, Rusiya artıq 3 ildən çoxdur nəticəsiz və məqsədsiz şəkildə müharibəni davam etdirir: "Bu vəziyyət Rusiyanı güclü göstərmir, əksinə, onu "kağız pələng" kimi göstərir. Rusiyanın böyük şəhərlərində və bölgələrində yaşayan insanlar müharibənin iqtisadi reallıqlarını, benzin növbələrini və resursların tamamilə cəbhəyə yönəldilməsini gördükdə anlayacaqlar ki, ölkə ciddi böhran içindədir". 

Trampın sözlərinə görə, bu vəziyyət Ukrayna üçün fürsət yaradır: "Ukrayna ruh yüksəkliyi ilə, güclənərək öz torpaqlarını geri ala bilər, hətta daha irəli getməyə də qadirdir. Putin və Rusiya iqtisadi tənəzzül içindədir, bu isə Kiyevin hərəkətə keçməsi üçün ən uyğun zamandır". O, həmçinin ABŞ-nin silahları NATO-ya təqdim etməyə davam edəcəyini, alyansın isə bu arsenaldan necə istəsə, elə də istifadə edə biləcəyini bildirib. Tramp NATO üzvlərinə Rusiyanın hava məkanını pozan təyyarələrinə qarşı tədbir görməyi də tövsiyə edib. Zelenski ilə görüş isə “müsbət və məhsuldar” kimi dəyərləndirilib. Ukrayna prezidenti bəyan edib ki, Trampın yeni mövqeyi böyük dönüşdür və bu, Kiyevə ümid verir. Tramp isə görüşdən sonra sosial şəbəkədə yazıb: "Ukrayna Avropa Birliyinin dəstəyi ilə mübarizə apararaq, bütün torpaqlarını orijinal sərhədləri daxilində geri ala bilər". Trampın bəyanatı Qərb mətbuatında və ekspert dairələrində çaşqınlıq yaradıb. 

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a deyib ki, Trampın Rusiyaya münasibətdə müəyyən tərəddüd içərisində olduğu müşahidə olunur. Ekspertə görə, Tramp Ukrayna savaşının dayandırılması ilə bağlı qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib: 

"Bunun əsas səbəbkarı Rusiya Prezidenti V.Putinin sərgilədiyi mövqeyidir. Putin Trampı 2 dəfə aldadıb və anlaşmaları kobud şəkildə pozub. Bununla Trampın Rusiyaya qarşı sanksiyalarını ləngitməyə nail olub. Ağ Evdə anlayırlar ki, bu, uzun müddət belə davam edə bilməz. Çünki Rusiyanın davranışları, xüsusən, anlaşmaları ardıcıl pozması həm Trampın, həm də ABŞ-nin beynəlxalq nüfuzuna zərbə vurur. Ona görə də Prezident Tramp özünün və ölkəsinin nüfuzunu xilas etmək barədə düşünmək məcburiyyətində qalıb. Artıq Tramp Rusiyaya qarşı təzyiqlərin artırılmasının tərəfdarı kimi çıxış edir. Bir müddət öncə ABŞ rəhbərinin mövqeyi tamam fərqli idi. Tramp bildirirdi ki, Ukrayna itirilmiş əraziləri geri qaytara bilməz, ona görə də həmin əraziləri Rusiyaya güzəştə getməlidir. Əgər sülh istəyirsə, Rusiya ilə anlaşmağa çalışmalıdır. Ancaq indi tamam fərqli düşünür və bəyan edir ki, Rusiya iqtisadiyyatı çökür. Hesab edir ki, Ukraynaya dəstək olarsa, Rusiyaya qalib gələ bilər". 

Analitikə görə, Trampın mövqeyindəki dəyişiklik birmənalı şəkildə ABŞ-nin Ukraynaya birmənalı dəstək verəcəyi anlamına gəlmir: 

"Kremlin Trampın açıqlamasına münasibəti Ağ Evin növbəti addımlarını müəyyənləşdirəcək. Rusiya sülh danışıqları masasına gələrsə, aqressiv şərtlərdən çəkilərsə, Tramp Moskva ilə daha mülayim mövqedən çıxış edər. Əks halda Trampın mövqeyi daha da radikallaşacaq. ABŞ Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq edə bilər. Üstəlik, budəfəki sanksiyalar təkcə Rusiyanı deyil, onun partnyorlarını da vurar. Bu da Rusiyanı tərəfdaşlarının dəstəyindən məhrum edər. Belə situasiya Rusiyanın məğlubiyyətinə yol aça bilər. Tramp Ukraynaya ən müasir ABŞ silahlarının verilə biləcəyinə eyham vurur. Prezident Kremlə sonuncu dəfə şans verir. Dediklərinə əhəmiyyət verilməzsə, Tramp Ukrayna ərazisində gedən savaşı Rusiya ərazisinə keçirmək istiqamətində daha radikal addımlar atacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
sherg.az

2Источники