RU

Tramp BMT-də texniki nasazlıqları “diversiya” adlandırdı

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı üzləşdiyi texniki problemlərə sərt reaksiya verib.

Tramp eskalatorun işləməməsi və teleprompterdə yaranan nasazlığı sabotaj kimi dəyərləndirib. O, məsələ ilə bağlı dərhal araşdırma aparılmasını tələb edib və günahkar şəxslərin saxlanılmasını istədiyini bildirib.

Prezidentin bu bəyanatı onun BMT-dəki çıxışına əlavə rezonans qatıb və diplomatik dairələrdə geniş müzakirələrə səbəb olub. 

 

Musavat.com

Избранный
82
50
musavat.com

10Источники