RU

Bu ölkədə qadınlar yüzlərlə kişini zəhərləyib öldürdü səbəb şok etdi

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Macarıstanın Nagyrev kəndində baş verən hadisə tarixə ən dəhşətli kütləvi zəhərlənmə cinayətlərindən biri kimi düşüb. 1910-cu ildən 1929-cu ilə qədər burada yüzlərlə kişi həyat yoldaşları və digər qadın ailə üzvləri tərəfindən arseniklə zəhərlənərək öldürülüb.

News24.az xəbər verir ki, rəsmi məlumatlara görə, ən azı 162 nəfərin ölümü təsdiqlənib. Lakin bəzi tarixçilər bu rəqəmin 300-ə qədər yüksələ biləcəyini bildirirlər. Qadınlar zəhəri əsasən milçək kağızlarını qaynadaraq əldə ediblər. Qurbanların çoxu ərlər olsa da, bəzən uşaqlar və digər ailə üzvləri də hədəfə çevrilib.

Cinayətlərin mərkəzində kəndin mamaçası və tibb bacısı Zsuzsanna Fazekas dayanıb. O, zorakılığa məruz qalan qadınlara arsenik hazırlamağı öyrədib və onları bu yolla “azadlığa çıxmağa” təşviq edib.

I Dünya Müharibəsindən sonra kənddə yoxsulluq, psixoloji travmalar və ailədaxili zorakılıq geniş yayılmışdı. Qadınların boşanmaq hüququnun olmaması onları bu ölümcül yola sürükləyib.

Cinayətlər 1929-cu ildə təsadüfən üzə çıxıb. Aparılan istintaq nəticəsində 26 qadın və 2 kişi həbs olunub. Onlardan bəziləri edam edilib, digərlərinə isə ömürlük həbs cəzası verilib.

Hadisə bu gün də qadın hüquqları, sosial ədalətsizlik və ailədaxili zorakılıq mövzularında nümunə kimi göstərilir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
1
news24.az

2Источники