RU

Futbol qaydalarında tarixi DƏYİŞİKLİK

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası futbol qaydalarında böyük dəyişiklik etməyə hazırlaşır.

News24.az xəbər verir ki, yeni qaydaya görə, penaltı zərbəsində qapıçı topu çıxarsa, topun hansı istiqamətə getməsindən asılı olmayaraq, oyun “qapı zərbəsi” ilə davam etdiriləcək. Bu dəyişikliklə penaltı zamanı cərimə meydançası ətrafında oyunçu sıxlığı aradan qalxacaq və xətt pozuntusu edən futbolçular artıq sarı və ya qırmızı kartla cəzalandırılmayacaq.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının prezidenti Canni İnfantino və Hakim Komitəsinin rəhbəri Pierluici Kollina bu dəyişikliyi razılaşdırıblar. Bundan əlavə, əvvəllər penaltı zərbəsində iki dəfə toxunma səbəbindən ləğv edilən qollarla bağlı yeni qayda tətbiq olunacaq. Yəni oyunçu ikili toxunuşu təsadüfi edərsə, qol keçərli sayılacaq.

Ötən mövsüm Çempionlar Liqasında Atletico Madridin ulduzu Hulian Alvarezin penaltisı bu səbəbdən ləğv edilmişdi. Dəyişikliklərin 2026-2027-ci il mövsümündən etibarən qüvvəyə minməsi üçün IFAB-ın təsdiqi tələb olunur.

Xeyrənsə Piriyeva

Избранный
85
news24.az

1Источники