RU

Ruiz PSJ ilə müqaviləsini uzada bilər

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz klubla yeni müqavilə imzalaya bilər.

90deqiqe.Az-ın məlumatına görə, hazırda 29 yaşlı futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, lakin Paris rəhbərliyi futbolçudan razıdır və uzunmüddətli əməkdaşlıq istəyir.

PSJ ispaniyalıya 2029-cu ilə qədər nəzərdə tutulmuş yeni müqavilə təklif etməyə hazırdır.

Fabian Ruizə əvvəlcə “Yuventus”, Madrid “Atletiko”su və “Betis” maraq göstərsə də, oyunçu Parisdə xoşbəxtdir və komandada qalmaq niyyətindədir.

Cari mövsümdə Ruiz Luis Enrike rəhbərliyindəki komandada 7 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Избранный
78
90deqiqe.az

1Источники