RU

"Beşiktaş"dan darmadağın

Futbol üzrə Türkiyə Super Liqasında I turunun təxirə salınmış oyununda "Beşiktaş" səfərdə "Kayserispor"un qonağı olub.

90deqiqe.Az-ın məlumatına görə, gərgin və maraqlı keçən görüşdə İstabul təmsilçisi 4-0 hesabı ilə qalib gəlib.

Matçda Rafa Silva het-triklə fərqlənib, digər qol isə üç oyundan sonra fərqlənən Tammi Abraham tərəfindən vurulub.

Bu qələbə ilə "Beşiktaş" bir oyunu az olmasına baxmayaraq xallarını 9-a yüksəldib. Kayserispor isə 4 xalda qalıb.

Избранный
39
90deqiqe.az

1Источники