Futbol üzrə Türkiyə Super Liqasında I turunun təxirə salınmış oyununda "Beşiktaş" səfərdə "Kayserispor"un qonağı olub.
90deqiqe.Az-ın məlumatına görə, gərgin və maraqlı keçən görüşdə İstabul təmsilçisi 4-0 hesabı ilə qalib gəlib.
Matçda Rafa Silva het-triklə fərqlənib, digər qol isə üç oyundan sonra fərqlənən Tammi Abraham tərəfindən vurulub.
Bu qələbə ilə "Beşiktaş" bir oyunu az olmasına baxmayaraq xallarını 9-a yüksəldib. Kayserispor isə 4 xalda qalıb.