Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasındakı münasibətlər barədə açıqlama verib. Metbuat.az xəbər verir ki, o, ABŞ ilə münasibətlərin yaxşılaşdırılması prosesinin ləng irəlilədiyini bildirib. Onun sözlərinə görə, proses məhsuldar deyil. Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağızdan pələng” kimi xarakterizə etməsinə münasibət bildirib. O, "Rusiya getdikcə daha çox ayı ilə əlaqələndirilir. Kağız ayı deyilən bir şey yoxdur. Rusiya əsl ayıdır. Putin dəfələrlə ayımızı müxtəlif emosiyalarla təsvir edib. Bu barədə kağızdan heç nə yoxdur" - deyə bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsində hələ də qələbə qazanmadığı üçün Rusiyanı “kağız pələng” adlandırıb.