RU

“Sabah” Berdıyevin sabahını təhlükəyə atdı - reportaj

Sabah (Bakı) – Turan Tovuz 2:0 (0:0)
92. Stas Pokatilov – 5,5
27. Timoteuş Puxaç – 5,0
(2. Amin Seydiyev, 62) – 5,0
5. Rəhman Daşdəmirov – 5.5
3. Stiv Solvet – 6,0
80. Akim Zedadka –6,0
13. İvan Lepinitsa – 6,0
33. Umarali Raxmonaliyev – 5,5
88. Xəyal Əliyev – 5,5
(20. Coy-Lens Mikels, 62) – 5,0
21. Velko Simiç – 7,0
11. Kahim Parris – 6,5
18. Pavol Şafranko (k) – 6,5
(8. Ayaz Quliyev, 83) – qiymətsiz
Ehtiyat oyunçular
55. Nicat Mehbalıyev
72. Rustam Samiqullin
17. Tellur Mütəllimov
6. Abdulax Xaybulayev
22. Zinədin Uld Xaled
19. Aron Maluda
53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Komandanın ən yaxşısı: Velko Simiç

1. Oleq Baklov – 5,0
3. Enrike Silva – 4,5
(77. Veysəl Rzayev, 15) – 4,5
32. Hayderson Urtado – 4,5
4. Şəhriyar Əliyev (k) – 5,5
(99. Vadji İbrahima, 80) – qiymətsiz
15. Emmanuel Hakman – 5,5
88. Faiq Hacıyev – 5,0
(7. Xorxe Silva, 80) – qiymətsiz
29. Filip Ozobiç – 5,5
(17. Rəhim Sadıxov, 67) – 5,0
23. Alexandro Serrano – 5,0
19. Roberto Olabe – 5,5
90. Joarlem Santos – 6,5
21. Aleks Souza – 6,0
(11. Ayxan Hüseynov, 67) – 5,0
Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
10. Xəyal Nəcəfov
6. Fərid Yusifli
2. Abdulla Rzayev
5. Roderik Miller
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Joarlem Santos

Qollar: V.Simiç, 56 (1:0, K.Parris). P.Şafranko, 90+6-p. (2:0).
Vərəqələr: A.Zedadka, 9 (qeyri-idman hərəkəti). F.Ozobiç, 61 (qeyri-idman hərəkəti). C.L.Mikels, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Əli Əliyev (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
20 sentyabr. Bakı. “Bank Respublika Arena”. 820 tamaşaçı (8600 yerlik).
Biirnci hissəyə 5, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Masazırda qarşılaşan komandaların iddialılar siyahısında olması matçın maraqlı keçəcəyi yönündə gözləntiləri onsuz da artırmışdı. Ancaq “Sabah”ın indiyəqədərki xal itkiləri, qarşısına çempionluq hədəfi qoyulan “Turan Tovuz”u qələbədən başqa nəticənin qane edə bilməyəcəyi kimi reallıqlar görüşün prinsipiallığını bir qədər də artırırdı. Bəlkə də bu üzdən 1000-ə yaxın futbolsevər uyğunsuz hava şəraitinə rəğmən stadiona üz tutmuşdu. Düzdü, küləyin sürəti komandaların daha yaxşı çıxış etməsinə, azarkeşlərin baxımlı matçdan zövq almasına böyük ölçüdə imkan vermədi. Bu üzdən hamının arenadan şad-xürrəm ayrıldığını deyə bilmərik. Ancaq tovuzlular lap qanıqara getdi.

Qonaqların kefinə soğan doğrayan ilk hadisə 12-ci dəqiqədə - Santos Ayxanın cərimə meydançasını göndərdiyi topu qeyri-dəqiqlik üzündən başla tora qovuşdura bilməyəndə yaşandı. Bundan sonra bir qədər meydanın mərkəzində davam edən mübarizədə tarazlığı “Sabah” pozdu. Daha dəqiqi, 20-ci dəqiqədə Zedadkanın qapıönünə ötürdüyü top Hakmana toxunandan sonra Parrisin önünə düşdü. Dərhal bəxtini sınayan yamaykalı Baklovla mübarizədən məğlub ayrıldısa, ardındanhücuma keçən “bozqurd” qol vur bildi. Sadəcə, laysman Gülnurə Əkbərzadə topu qapıdan keçirən Santosun Olabenin ötürməsi zamanı oyundakənar vəziyyətdə olduğunu bildirdi. Belədə epizodu VAR-da incələyən baş hakim həmkarının qərarını təsdiqlədi. İş ondadı ki, başverənləri izləyən hər kəs Santosun qolu qaydalar çərçivəsində vurduğunu gördü!

Sakit məcrada keçən matçda növbəti qol vəziyyəti 35-ci dəqiqəyə təsadüf etdi. Oyunun əvvəlində fürsəti boşa verən Santos yenə eyni aqibətlə üzləşdi. Yeganə fərq o idi ki, bu dəfə ötürmə müəllifi Souza oldu. Qalan vaxtda Xəyal qaypıya iki zərbə ilə diqqət mərkəzinə düşsə də, qeyri-dəqiqlik səbəbindən adını tabloya yazdıra bilmədi. Belədə komandalar fasiləyə “sülh”lə yollandı. İkinci yarı nəinki “Sabah”ın üstün oyunuyla başladı, həm də qısa müddətdə tablodakı rəqəmlər dəyişdi. Ona görə ki, 56-cı dəqiqədə Simiç Parrisin cərimə meydançasının həndəvərində Urtadodan oğurlayaraq ona çatdırdığı topu qapıçıyla təkbətək mübarizədən qalib ayrılaraq tora qovuşdurdu. Əslində serbiyalı 88-ci dəqiqədə dubl müəllifi ola bilərdi. Sadəcə, Mikelsin ötürməsini qəbul edən yarımmüdafiəçinin zərbəsi qeyri-dəqiq alındı. “Sabah”ın növbəti hücumunu isə Baklov zərərsizləşdirdi: 90+2-ci dəqiqədə Ayazı “tərksilah etdi”.

Hər halda, “bozqurd” Masazırdan minimalhesablı məğlubiyyətlə ayrıla bilmədi. Buna Simiçin Veysəlin kobud müdaxiləsi, daha doğrusu, arxadan ayağına zərbə endirməsi üzündən cərimə meydançasında yerdə qalması səbəb oldu. Həmzəzadə bu epizodda “sarı” ilə kifayətlənmişdi. Ancaq VAR-ın işə qarışması penalti qərarıyla nəticələndi. Odu ki, topun önünə keçən Şafranko 90+6-cı dəqiqədə son nöqtəni qoydu. Sonda “Sabah” turnir cədvəlindəki mövqeyini möhkəmləndirdisə, “Turan Tovuz” çempionluq hədəfindən uzaqlaşdı…

Gözdən qaçmadı
// “Turan Tovuz”un məşqçisi Yevgeni Şçetinin 88-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
// Həm meydan sahiblərinin, həm də qonaqların azarkeşləri oyundan sonra komandanı yanına səslədi. Qaliblər təbrik, məğlublar irad eşitdi.

KƏNAN BAHADIR

Избранный
64
1
football-plus.az

2Источники