RU

İndoneziya İsrail dövlətini tanımır

İndoneziya İsrail dövlətini tanımır. Metbuat.az xəbər verir ki, İndoneziya Prezidenti Prabovo Subianto belə açıqlama verib. O bildirib ki, İsrail Fələstini tanıdığı zaman İndoneziya İsrail dövlətini tanıyacaq. Prabovo Subianto Qəzzadakı qətliamlardan danışaraq, minlərlə dinc sakinin həyatını itirdiyini qeyd edib. O, Fələstinə dövlət yaradılmasının vacibliyini vurğulayıb. Subianto, “İndoneziya bəyan edir ki, İsrail Fələstin dövlətini və Fələstinin müstəqilliyini tanıyan kimi İsrail Dövlətini tanıyacaq və İsrailin təhlükəsizliyi üçün bütün təminatları dəstəkləyəcək” - deyə bildirib.

Subianto, İsrailin Qəzzaya hücumlarının dayandırılmasının əsas prioritet olduğunu bildirib və Fələstinin tanınması, Qəzzada humanitar fəlakətin dayandırılması və sülhün bərqərar edilməsinə çağırıb.

Избранный
36
1
metbuat.az

2Источники