RU

Müəllimləri daşıyan mikroavtobus qəzaya uğrayıbVİDEO

Müəllimləri aparan mikroavtobusun aşması 19 nəfərin xəsarət alması ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə,

hadisə səhər saatlarında Gədəbəy-Şəmkir yolunun Maarif kəndindən keçən hissəsində baş verib.

Gəncədən Gədəbəyə işə gedən müəllimləri aparan mikroavtobus avtomobillə toqquşub. Nəticədə mikroavtobus yol kənarındakı ağaca çırpılaraq aşıb.

Qəzada xəsarət alanlar mikroavtubusun sərnişinləri olan müəllimlərdir. Xəsarət alan 19 nəfər Şəmkir və Gəncə xəstəxanalarına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

Избранный
51
xezerxeber.az

1Источники