ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Almaniyanın Gürcüstandakı səfirinin Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunması onun Vyana Konvensiyasının prinsiplərini kobud şəkildə pozması ilə əlaqədar atılan diplomatik tədbirdir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın bu ölkədəki səfiri Peter Fişerin XİN-ə çağırılmasını şərh edərkən bildirib.
O deyib ki, P. Fişer müstəqil məhkəmə sisteminə təzyiq göstərməyə çalışan radikal müxalifətin fəaliyyətində birbaşa iştirak edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.