AZ

İrakli Kobaxidze: Almaniya səfirinin XİN-ə çağırılması onun Vyana Konvensiyasının prinsiplərini pozması ilə əlaqədardır

Tbilisi, 24 sentyabr, AZƏRTAC

Almaniyanın Gürcüstandakı səfirinin Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunması onun Vyana Konvensiyasının prinsiplərini kobud şəkildə pozması ilə əlaqədar atılan diplomatik tədbirdir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın bu ölkədəki səfiri Peter Fişerin XİN-ə çağırılmasını şərh edərkən bildirib.

O deyib ki, P. Fişer müstəqil məhkəmə sisteminə təzyiq göstərməyə çalışan radikal müxalifətin fəaliyyətində birbaşa iştirak edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
44
1
azertag.az

2Mənbələr