RU

İmişlidə toyda zəhərlənən şəxslərin vəziyyəti açıqlandı

Bakı. Trend:

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarənzəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-üqadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbiyardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dənbildirilib.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub vəhər birinə zəruri tibbi yardım göstərilib.

14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlınınmüalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsiPoliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli)Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

Məqalədə:
Избранный
10
7
az.trend.az

10Источники