AZ

İmişlidə zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 20 nəfərə çatıb – YENİLƏNİB 2

İmişli, 24 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 20 nəfərə çatıb.

Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

18:34

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

17:03

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib. Həkimlər tərəfindən lazımi tədbirlər görülərək müayinələr aparılır.

Seçilən
9
6
azertag.az

10Mənbələr