Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə ÖzbəkistanRespublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəflihərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə "Məharət - 2025"kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Silahlı Qüvvələrin Modelləşdirmə və SimulyasiyaTədqiqatları Tədris Mərkəzində "Qanunsuz silahlı birləşmələrinaxtarışı, lokallaşdırılması və neytrallaşdırılması" mövzusundakeçirilən təlim iki mərhələdən ibarətdir.
Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatınplanlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə vəsimulyasiya proqram təminatları üzərindən müvafiq fəaliyyətləriicra edəcəklər.
“Məharət – 2025” təliminin məqsədi iki dövlət arasında mövcudəməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi, hərbiqulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi vəqazanılmış hərbi təcrübənin mübadiləsidir.