AZ

Daşkənddə "Məharət - 2025" birgə komanda-qərargah təlimi keçirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın Müdafiə Nazirliyi ilə Özbəkistanın Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Silahlı Qüvvələrin Modelləşdirmə və Simulyasiya Tədqiqatları Tədris Mərkəzində "Qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması" mövzusunda keçirilən təlim iki mərhələdən ibarətdir.
Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatın planlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən müvafiq fəaliyyətləri icra edəcəklər.
"Məharət - 2025" təliminin məqsədi iki dövlət arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və qazanılmış hərbi təcrübənin mübadiləsidir.
Seçilən
19
48
oxu.az

10Mənbələr