RU

ABŞ müharibəyə girməyəcək – Bəs nə edəcək?

ABŞ rəsmiləri Ukraynada gedən müharibəyə qoşun göndərməyəcəklərini açıq şəkildə bəyan ediblər.

Yenisabah.az xəbər verir ki, "Fox News" telekanalına açıqlama verən ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton heç bir halda Ukraynadakı hərbi əməliyyatlara birbaşa müdaxilə etməyi planlaşdırmır. Onun sözlərinə görə, hazırda Rusiya tərəfinin NATO sərhədlərinə doğru hərəkət etdiyi müşahidə olunur, lakin bu, Birləşmiş Ştatların mövqeyini dəyişməyəcək.

“Mən əminliklə deyə bilərəm ki, ABŞ nə müharibəyə qoşun yeridəcək, nə də hər hansı hərbi əməliyyatda iştirak edəcək. Bizim mövqeyimiz qətidir”, – deyə Bessent vurğulayıb. Sezar pizza

Nazir əlavə edib ki, Amerika bundan sonra da əsasən silah və hərbi texnika satışı ilə kifayətlənəcək. Onun sözlərinə görə, bu silahlar Avropa ölkələri vasitəsilə Ukraynaya çatdırılacaq.


Telegram kanalımız
Избранный
23
yenisabah.az

1Источники