İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.
Toy mərasimində zəhərlənən 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.