İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.
Sentyabrın 23-də baş tutan toy mərasimində iştirak etmiş 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.