Hörmətli QHT nümayəndələri!
QHT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi internet səhifəni istifadəyə verib.
Veb platformada tədbirdə iştirak qaydaları, qeydiyyat prosesi və praktiki məlumatlar, tərəfdaşlar üçün imkanlar təqdim olunur. Məlumatlar davamlı əsasda yenilənir.
Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi regionda dayanıqlı urbanizasiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi üçün unikal imkan yaradacaq.
Xatırladaq ki, Forum 2026-cı il mayın 17-dən 22-dək Azərbaycanda keçiriləcək.
“UN-Habitat”ın WUF13 rəsmi veb səhifəsi ilə buradan tanış ola bilərsiniz: