RU

Mikayıl Cabbarov dünya çempionatında qələbə qazanan güləşçiləri təbrik edib - FOTO

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə milli komandamızın 89 xal toplayaraq komanda hesabında dünya ikincisi olması münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, o, bu barədə özünün “X” hesabında paylaşım edib.

“Ülvü Qənizadə (72 kq) böyük əzmkarlıq göstərərək karyerasında ikinci dəfə dünya çempionu titulunu qazandı. Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə komandanın ümumi hesabına bürünc medallarla töhfə verdilər.

Bu möhtəşəm nəticə Azərbaycan güləş ənənəsinin gücünü bir daha təsdiqləyir və idmançılarımızın gələcək beynəlxalq yarışlarda daha böyük uğur qazanacağına inamı artırır. İdmançılarımızı, onların məşqçilərini və ailələrini bu qürurverici nailiyyət münasibətilə ürəkdən təbrik edirik”, - deyə Mikayıl Cabbarov paylaşımında qeyd edib.

İdman.biz

Избранный
9
5
idman.biz

10Источники