AZ

Türkiyə Prezidenti dünya ölkələrini Fələstinin müstəqilliyini tanımağa çağırıb

"Fələstinin getdikcə daha çox ölkə tərəfindən tanındığı bir vaxtda bu ölkənin lideri Mahmud Abbasın burada olmamasından duyduğum kədəri ifadə etmək istəyirəm".

Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

“Biz bu gün öz vətəndaşlarımızla birlikdə səsinin boğulması istənilən Fələstin xalqının səsi olmaq üçün bu kürsüdən çıxış edirəm. Fələstini tanıyan ölkələrə təşəkkür edirəm. Hələ bu qərarı qəbul etməyən dövlətləri tez bir zamanda belə addımı atmağa çağırıram”.

"Fələstin torpaqlarında davam edən soyqırıma hər fürsətdə diqqət çəkən Baş katib cənab Quterreşi ürəkdən dəstəkləyirəm və cəsarətinə görə bir daha təbrik edirəm. Amma Birləşmiş Millətlər Təşkilatı Qəzzada, öz işçilərini belə qoruya bilməyib. Qəzzada insanlara yardım etməyə çalışan 500 nəfər öldürülüb və bunların 326-sı BMT işçisidir",-deyə Ərdoğan əlavə edib.
Seçilən
27
10
sherg.az

10Mənbələr