RU

Novorossiysk şəhərində fövqəladə vəziyyət elan edilib - VİDEO - YENİLƏNİB-1

Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində fövqəladə vəziyyət elan edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə şəhər meri bildirib.

Qeyd edək ki, Ukrayna bu gün Novorossoysk şəhərinə kütləvi PUA hücumu edib. Nəticədə şəhərdə yaşayış binalarına və avtomobillərə ziyan dəyib. İki dinc sakinin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.

***

15:36

Ukraynanın Rusiyanın Novorossiysk şəhərinə kütləvi PUA hücumu zamanı Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib və iki işçi yaralanıb.

***

14:45

Ukrayna Silahlı Qüvvələrinin Novorossiyskə PUA hücumu nəticəsində iki dinc sakin həlak olub, daha üç nəfər yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib.

"Beş yaşayış binasına, o cümlədən çoxmənzilli binalara, o cümlədən bir otelə ziyan dəyib. Hücum hələ də dəf edilir", - qubernator qeyd edib.

Избранный
4
3
apa.az

10Источники