Qlobal xam polad istehsalı avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Mərkəzi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (“Worldsteel”) ay üzrə istehsal göstəricilərini açıqlayıb.
Məlumata görə, 2025-ci ilin avqustunda dünya üzrə xam polad istehsalı ötən ilin eyni ayına nisbətən 0,3% artaraq 145,3 milyon ton olub.
Həmin dövrdə Çinin istehsalı 0,7% azalaraq 77,4 milyon tona, Yaponiyanın istehsalı isə 3,4% azalaraq 6,6 milyon tona düşmüşdü. Almaniyada istehsal 10,5% azalaraq 2,6 milyon ton, ABŞ-da isə 3,2% artaraq 7,2 milyon ton təşkil etmişdi.
Türkiyənin xam polad istehsalı illik müqayisədə 7,9% artaraq 3,4 milyon tona yüksəlib. Bu göstəricilər iki BRİCS ölkəsində əksini göstərib. Belə ki, Braziliyada istehsal 4,6% azalaraq 2,9 milyon tona, Rusiyada isə 4,6% azalma ilə 5,5 milyon tona enib.
Amma təşkilatın digər üzvü Hindistanın istehsalı 13,2% artaraq 14,1 milyon tona, İranın istehsalı isə 17,9% yüksələrək 1,6 milyon tona çatıb.
Ümumilikdə, 2025-ci ilin yanvar–avqust aylarında qlobal xam polad istehsalı ötən ilin eyni dövrünə nisbətən 1,7% azalaraq 1 milyard 230 milyon tona geriləyib.