RU

52 ildir ki, hər gün hamburger yeyir

Mütəxəssislər tez-tez fast-food istehlakının sağlamlıq risklərini vurğulasalar da, 70 yaşlı amerikalı bunun əksinə olaraq hər gün McDonald's Big Mac yeyir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Don Gorskedən gedir. O, bu vərdişinə görə Ginnesin Rekordlar Kitabına düşüb. 

Kişi nə az, nə də çox düz 52 ildir ki, hər gün hamburger yeyir. İlk dəfə 1972-ci ildə ilk Big Mac-i dadıb, bundan sonra o gər gün fast-food yeyib. 

"Əksər insanlar indiyə qədər ölməli olduğumu düşünür, lakin mən Ginnesin rekordçularının ən uzun müddət xidmət edənlərdən birinə çevrilmişəm. Məncə, bu, çox gözəldir", - o  Ginnesin Rekordlar Kitabına deyib.

Məlumata görə,  amerikalı 1972-ci ildən 2023-cü ilə qədər 34 000 McDonald's Big Mac yediyini açıqlayıb. 

Избранный
25
3
unikal.az

4Источники