RU

Keniyanın Dövlət Prokurorluğunun nümayəndə heyəti Lənkəranda oldu - FOTO

Xəbər verildiyi kimi, Keniya Respublikasının Dövlət Prokurorluğunun Direktoru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 
İşgüzar səfər çərçivəsində nümayəndə heyəti Baş prokurorun müavini Heydər Məmmədovun müşayiəti ilə Lənkəran şəhərinə səfər edib.
 
Qonaqlar Lənkəranda Heydər Əliyev Xatirə Parkını ziyarət edib, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası ilə tanış olub, həmçinin “Laran” MMC-nin qənnadı məhsullarının istehsalı müəssisəsi, “Azərxalça” ASC-nin Lənkəran filialı və “Yaşıl Çay” fermer təsərrüfatının çay plantasiyasının fəaliyyəti ilə yaxından maraqlanıblar.
 
Nümayəndə heyəti Lənkəranda yaradılmış müasir infrastruktur, mədəni irsin qorunması və iqtisadi sahədə əldə olunan nailiyyətlər barədə məlumatlandırılaraq, səfərin onlarda xoş təəssürat yaratdığını vurğulayıb.
Избранный
8
7
moderator.az

8Источники