RU

Məsim Məmmədov: Laçınla bağlı perspektiv planlar bizi çox maraqlandırır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Laçın, 24 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Laçında təkcə bərpa-tikinti yox, həyatın necə formalaşdırılması və perspektiv planlar da bizi çox maraqlandırır. Onlardan biri də məişət və tikinti tullantılarının poliqonu məsələsidir. Doğrudur, Laçında poliqon fəaliyyət göstərir. Lakin Laçın özü böyük ərazidir. Daşınma-gətirmə vaxt aparır. Nəinki yeni tullantı zonasının axtarılması üzərində işləməli, hətta mobil əraziləri əhatə edən tullantıların idarəedilməsi üzrə strategiyaları işləməliyik. "Təmiz Şəhər" ASC-dən həmin perspektivləri gözləyirik. Yaxşı olar ki, bu məsələni həm öyrənək, həm də elə bir strategiya ortaya qoyaq ki, 10 ildən sonra yeni poliqon axtarmayaq.

AZƏRTAC-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Ekoloji məsələlər üzrə İşçi qrupunun sentyabrın 24-də keçirilən iclasında məlumat verib.

"Bizi maraqlandıran digər məsələ meşələrin qorunmasıdır. Bunun üçün meşə təsərrüfatı yaradılır və yer ayırmağa hazırıq. Meşə təsərrüfatının 20-30 nəfər işçisi olacaq ki, bu, bizim üçün məşğulluq baxımından da önəmlidir. Buraya köçən əhali üçün iş yerlərinin yaradılması bizim üçün əsasdır və bunu qiymətləndiririk", - deyə M. Məmmədov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
2
azertag.az

3Источники