RU

Samir Abasov qələbə hesabını doğma şəhərdə açdı

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sumqayıt – Neftçi (Bakı) 0:2 (0:0) 1. Mehdi Cənnətov – 5,080. Keffel Resende – 5,014. Pedro Pinto – 5,072. Rayan Senhadji – 5,025. Abdul Raşid Mumini – 5,08. Səbuhi Abdullazadə (k) – 5,57. Rüstəm Əhmədzadə - 5,019. Roy Kehat – 5,5(10. Nikola Ninkoviç, 83) – 5,523. Ronaldo Vaskes – 5,5(71. Masaki Murata, 70) – 5,011. Aleksa Yankoviç – 5,5(21. Nihad Əhmədzadə, 70) – 5,09. Aleksandr Ramalinqom – 6,0Ehtiyat oyunçular22. Xəyal Fərzullayev56. Aftandil Arixov3. Höccət Haqverdi6. Rauf Rüstəmli75. Nadir Orucov97. Vüsal PaşayevBaş məşqçi: Saşa İliçKomandanın ən yaxşısı: Aleksandr Ramalinqom13. Kenan Piriç – 6,024. Mustafa Sek – 6,017. Murad Xaçayev – 5,515. Elvin Bədəlov – 5,577. Falaye Sako – 6,08. Emin Mahmudov (k) – 6,56. Sessi D’Almeyda – 6,023. Cordan Rezabala – 5,5(19. Ağadadaş Salyanski, 73) – 7,010. Freddi Varqas – 6,0(4. Elvin Camalov, 90) – qiymətsiz9. Bassala Sambu – 5,5(22. Luis Ortis, 59) – 5,511. İmad Faraj – 6,5(28. Alessio Kurçi, 90) – qiymətsizEhtiyat oyunçular1. Emil Balayev93. Rza Cəfərov7. Emil Səfərov47. Murad Məmmədov14. Edvin Kuç27. Kristian KostinBaş məşqçi: Samir AbasovKomandanın ən yaxşısı: Ağadadaş SalyanskiQollar: A.Salyanski, 79 (0:1, İ.Faraj). A.Kurçi, 90+2 (0:2, E.Mahmudov).Vərəqələr: S.D’Almeyda, 29 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 52 (qeyri-idman hərəkəti). R.Vaskes, 65 (hakimin qərarına etiraz). R.Əhmədzadə, 81 (hakimin qərarına etiraz). F.Varqas, 90 (oyunun bərpasının ləngidilməsi) – sarı.Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov (hamısı Bakı).VAR hakimi: Tural Qurbanov (Bakı).VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).Hakim-inspektor: Şahin Cəfərov (Bakı).AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).21 sentyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 3500 tamaşaçı (9502 yerlik).Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.Oyunun qiyməti: 6,5.Mövsümə fırtına kimi başlasa da, həm nəticə, həm də oyun baxımından enişdə olan “Sumqayıt” hələ yeni “futbol ili”ndə ilk qələbəsini qazana bilməyən “Neftçi”ni qəbul etdi. Təbii ki, hər iki komanda bu matça dönüş nöqtəsi kimi baxırdı. Axı nə “İmişli”nin səhvi üzündən verilən texniki qələbə ilə öyünmək olardı, nə də ardıcıl 5 matçda qalib gələ bilməməklə...Komandalar oyuna yetərincə istəkli başladı. Hətta meydan sahibləri hələ 4-cü dəqiqədə ilk təhlükəli epizodun müəllifi ola bilərdi. Sadəcə, baş hakim Rüstəmin Farajın müdaxiləsindən sonra cərimə meydançasında yerdə qalmasını qayda pozuntusu kimi dəyərləndirmədi. Düzü, fransalı həqiqətən də topa oynamışdı. Bir qədər sonra “Neftçi”nin hesabı açmaq cəhdinə şahidlik etdik. Eminin ötürməsini qarşılayan D’Almeyda təxminən 30 metrdən fərqlənmək eşqinə düşdü ki, Mehdi yerində idi. 23-cü dəqiqədə “ağ-qaralar”ın daha bir fürsəti boşa verdiyini gördük. Əslində Eminin topu künc zərbəsindən cərimə meydançasına göndərdiyi ana qədər hər şey doğru edilmişdi. Ancaq Rüstəmin “kürə”yə toxunmasına mane olmağa çalışdığı Elvinin qeyri-dəqiqliyi qonaqların işini korladı. Paytaxt təmsilçisinin 45-ci dəqiqədə reallaşdırdığı hücum da hesabın açılmasıyla nəticələnmədi. Buna qədər Yankoviç və Rezabalanın fərdi səhvlər üzündən həlledici nöqtəni qoya bilmədiyi hücumlara şahidlik etmişdiksə, bu dəfə daha tutarlı hücum izlədik. Dəqiq desək, Sambu – Emin – Rezabala kombinasiyası sonuncunun təxminən 25 metrdən qol vurmaq istəyiylə müşayiət olundu. Ancaq Mehdinin birinci yarıda qol buraxmaq niyyəti yox idi. O ki qaldı ikinci yarıya...“Sumqayıt” işə “yağlı tikə”ni əldən verməklə başladı: Ramalinqom Elvinin diqqətsizliyi üzündən yaxın məsafədə Piriçlə üz-üzə qalsa da, qolkiperin öhdəsindən gələ bilmədi. 58-ci dəqiqədə Sambu qeyri-dəqiq zərbə ilə yadda qaldısa, 62-ci dəqiqədə Ramalinqom yenə Piriçlə bacarmadı. Nəhayət, 79-cu dəqiqədə “Mehdi Hüseynzadə”dən qol səsi eşidildi. Bu, Farajın Rüstəm, Kehat və Resendenin mane olmaq cəhdlərinə rəğmən, irəli atılıb topu Ağadadaşa çatdırması, gənc hücumçunun “çərçivə”ni dəqiq nişan alması sayəsində mümkün oldu. Belədə daha böyük həvəslə irəli atılan qonaqlar 86-cı dəqiqədə də fərqlənə bilərdi. Lakin Varqas qeyri-dəqiq zərbə vurdu. “Ağ-qaralar” məqsədinə “kimyaçılar”ın 90+2-ci dəqiqədə topu itirməsi, daha dəqiqi, Səbuhinin irəliyə göndərmək istədiyi “kürə”nin Elvinə qismət olmasıyla çatdı. Çünki Camalovun Eminə, kapitanın Kurçiyə ötürdüyü top sonuncunun zərbəsi sayəsində tora qovuşdu.Beləliklə, “Neftçi” 5 tur davam edən tilsimi cavabsız qollarla qırdı! Saşa İliç və komandası isə səhvlərindən dərs çıxarsa, yaxşıdı. Hadisələrin axarının “Sumqayıt”ı hədəfə doğru aparmadığı göz önündədi...Gözdən qaçmadı// 20 sentyabr Neftçilər günü olduğundan komandalar və hakimlər briqadası meydana “kaska” ilə çıxdı. Onlar “Milli sərvətimizin qəhrəmanları, Neftçilər gününüz mübarək” sözlərinin yazıldığı pankart açdı.// Samir Abasov 31-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı. Baş məşqçi komandasının ilk qolunda həm məshuldar ötürmə müəllifi olan Farajı, həm də Ağadadaşı qucaqladı.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
icma.az

2Источники