RU

Azad olunmuş ərazilərdə tullantıların idarəedilməsi ilə bağlı görüləcək İŞLƏR

Azad olunmuş ərazilərdə tullantıların idarəedilməsi ilə bağlı görüləcək işlər açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə" Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Sabit Zeyniyev Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında məlumat verib.

O qeyd edib ki, poliqonların layihələndirilməsi ilə bağlı işlər davam etdirilir:

"Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli ve Zangilan rayonları üzrə layihə smeta sənədləri hazırlanaraq Dövlət Ekspertizasına təqdim edilib. Hazırda Füzuli, Zəngilan, Ağdam, Qubadlı və Cəbrayıl poliqonlarının layihə smeta sənədlərinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Ekspertiza Baş İdarəsi tərəfindən müsbət rəy verilib. Laçın rayonu üzre poliqon ərazisi yenidən seçiləcəyi üçün Dövlət Ekspertizasına təqdim edilməyib. Kəlbəcər rayonu üzrə yeni ərazi seçildiyi üçün layihələndirmə antiteror əməliyyatlarından sonra azad edilmiş digər Xocalı, Xocavənd və Ağdərə rayonları birlikdə aparılacaq".

Избранный
9
8
modern.az

9Источники