RU

Türkiyəli futbol şərhçisi: Türkiyə Super Liqasına gəlmə, Qurban Qurbanov

Türkiyəli futbol şərhçisi Ertem Şener "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun gələcəkdə hansı klubu çalışdıra biləcəyi ila bağlı fikrini bildirib.

Operativ Media xəbər verir ki, o, sosial şəbəkə hesabında canlı yayımda ona verilən "Qurban Qurbanov "Fənərbaxça"da uğurlu ola bilərmi?" sualını cavablandırıb.

"Məncə, Qurban Qurbanov “Qarabağ”dan sonra “Atletiko Madrid”, “Borussiya Dortmund”, “Milan” və “İnter” kimi klublara getsin. Onun Türkiyədə nə işi var? Türkiyə liqasında doğru-düzgün futbol oynanılır ki? Qurban Qurbanov gələcək, burada komandanı çempion edə bilməyəndə deyəcəklər ki, bu imiş? Qurban olaram, gəlmə bura", - deyə o vurğulayıb.

Избранный
6
operativmedia.az

1Источники