RU

İlhamə Elşadqızına hökm oxundu

İlhamə Elşadqızına hökm oxundu

Narkotik ittihamı ilə mühakimə olunan, özünü şair-tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti xanım müttəhimi verilmiş ittihama münasibətdə təqsirli bilib.

Hökmə əsasən, İlhamə Elşadqızı 3 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Elşadqızı polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 234.1-1 maddəsi (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) ilə ittiham verilib.

Избранный
15
11
afn.az

10Источники