RU

Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət festivalı Baku International Arts Festival 2025 başlayır

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu payız Bakıda ilk dəfə möhtəşəm bir mədəniyyət hadisəsi baş tutacaq - Baku International Arts Festival (BIAF). 31 oktyabr – 16 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı müasir rəqs, teatr və ölməz klassikanı özündə birləşdirən beynəlxalq səhnə mərkəzinə çevriləcək. SİA xəbər verir ki, festival zamanı üç həftəsonunda qonaqları 10-dən artıq unikal tədbir gözləyir. Bu tədbirlərdə Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa və Özbəkistandan 100-dən çox sənətçi iştirak edəcək.

Bakının ən nüfuzlu səhnələrində tanınmış rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onların arasında Robert Lepaj, Şaron Eyal, Yan Lipin, Giyom Kotey, Rimas Tuminas, “Gesher” teatrı, Daniele Finzi Pasca və başqaları yer alır.

Festival dünya miqyasında tanınmış incəsənət tədbirlərinin ən yaxşı ənənələrindən ilhamlanaraq hər il keçiriləcək mədəniyyət layihəsi kimi nəzərdə tutulub. Məqsəd Bakını yeni bədii dialoq, yaradıcılıq və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirməkdir.

Festivalın əsas məkanları: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı.

Bakı - Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu məkandır. Bir zamanlar Böyük İpək yolunun mühüm qovşağı olan şəhər bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilhamlandırır. BIAF-2025 bu birliyin yeni simvoluna çevrilərək dünya incəsənətini Azərbaycan mədəniyyəti ilə bir araya gətirəcək.

Festival yalnız konsertlər və tamaşalar silsiləsi deyil. Bu, yeni kəşflərə yol açan səyahət, incəsənət sevərlərə və mədəniyyət yoluna yenicə qədəm qoyanlara unudulmaz təcrübədir.

Biletləri əldə etmək, eləcə də proqram və festival barədə əlavə məlumat almaq üçün BİAF rəsmi saytına daxil olun: www.biaf.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
10
sia.az

10Источники