RU

Fərid Qayıbov: "Biz xüsusi uşaqlar üçün çalışırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xüsusi Olimpiya Festivalı ilk dəfə təşkil olunub və bu həm uşaqlar, həm də valideynlər üçün böyük bayramdır".
Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov bu gün Bakıda keçirilən Xüsusi Olimpiya Festivalında çıxışı zamanı deyib.
O bildirib ki, biz xüsusi uşaqlar üçün çalışırıq və dövlət tərəfindən də xüsusi qayğı göstərilir:
"Festivalın baş tutmasında Xüsusi Olimpiya Komitəsinin və müxtəlif federasiyaların nümayəndələrinin əməyi əvəzsizdir. Burada iştirak edən hər kəsə təşəkkür edirəm. Uşaqların bu cür tədbirlərdə iştirakı onların inkişafına və sosial inteqrasiyasına böyük töhfə verir. Hər bir uşağa uğurlar arzulayıram!"
Murad Həsənov
Избранный
71
24
oxu.az

10Источники