RU

Səfərimin məqsədi siyasi, iqtisasi və parlamentlər arasında əməkdaşlığın genişləndirilməsidir - Serbiyalı sədr

Səfərimin məqsədi siyasi, iqtisasi və parlamentlər arasında əməkdaşlığın genişləndirilməsidir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanda keçirdiyim bir sıra görüşlərə görə Milli Məclisin sədri Sahibə Qafarovaya öz təşəkkürümü bildirirəm", - o qeyd edib.

Sədr əlavə edib ki, heç təsadüfü deyil biz ildə azı bir dəfə görüşlər keçiririk:

"Sonuncu dəfə biz Cenevredə görüşmüşdük.

COP29 sammiti zamanı Prezident Aleksandar Vuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdi".

Избранный
31
1
day.az

2Источники