RU

On bir yaşlı qıza qarşı əxlaqsızlıq edən iki uşaq atasına HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Qasım Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Far.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, 1992-ci il təvəllüdlü Qasım Quliyev 20 may 2025-ci il tarixdə, saat 17 radələrində Hacıqabul rayonu ərazisində idarə etdiyi VAZ-2106 markalı maşınla hərəkətdə olarkən 2014-cü il təvəllüdlü zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) görüb, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib. O, avtomobilini saxlayaraq zərərçəkmişi aldadaraq atasının tanışı olması barədə yalan məlumat verib, onu maşına əyləşməyə məcbur edib və kəndin kənarında yerləşən dağlıq əraziyə aparıb. Burada təqsirləndirilən şəxs M.M-in köməksiz vəziyyətindən istifadə edib, hədə-qorxu gələrək zor tətbiq etməklə ona qarşı seksual xarakterli hərəkətlər edib.

Qasım Quliyev məhkəmədə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, iki övladı var, 2017-ci ildə boşanıb.

Избранный
25
7
far.az

8Источники