AZ

11 yaşlı qıza qarşı əxlaqsızlıq edən 2 uşaq atasına AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Qasım Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, 1992-ci il təvəllüdlü Qasım Quliyev 20 may 2025-ci il tarixdə, saat 17 radələrində Hacıqabul rayonu ərazisində idarə etdiyi “VAZ-2106” markalı maşınla hərəkətdə olarkən yaşı on dördə çatmayan, 2014-cü il təvəllüdlü, zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) görüb, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gəlib.

O, avtomobilini saxlayaraq zərərçəkmiş şəxsi aldadıcı yolla - atasının tanışı olması barədə yalan məlumat verərək maşına əyləşməyə məcbur edib, sonradan kəndin kənarında yerləşən dağlıq əraziyə aparıb. Burada təqsirləndirilən şəxs M.M-in köməksiz vəziyyətindən istifadə edib, hədə-qorxu gələrək zor tətbiq etməklə ona qarşı seksual xarakterli hərəkətlər edib və cinsi ehtirasını pozğun formada təmin edib.
 

Beləliklə, təqsirləndirilən şəxs yaşı on dördə çatmayan şəxsə qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri törədib.


Qasım Quliyev məhkəmədə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O qeyd edib ki, 2 övladı var, 2017-ci ildə boşanıb. (Pravda.az)

Bizim.Media

Seçilən
15
4
bizim.media

6Mənbələr